Avtomobillər üçün yeni rüsumlar TƏSDİQLƏNDİ

Avtomobillər üçün yeni rüsumlar TƏSDİQLƏNDİ
Avtomobillərə qeydiyyat şəhadətnaməsinin verilməsi üçün müəyyənləşdirilən yeni dövlət rüsumu qüvvəyə minib.

Miq.az "avtosfer.az”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyası bununla əlaqədar müvafiq dəyişiklik edib. Dəyişikliyə əsasən dekabrın 15-dən avtonəqliyyat və motonəqliyyat qeydiyyat şəhadətnaməsinin verilməsi üçün artıq 17 manat deyil, 25 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
Qeyd edək ki, 29 iyun 2018-ci ildə "Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilib, avtonəqliyyat və motonəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun məbləği 17 manatdan 25 manata qaldırılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az