Avtomobillərin icbari sığorta məbləği artırıla bilər

Avtomobillərin icbari sığorta məbləği artırıla bilər
Azərbaycanda avtomobillərin icbari sığortası ilə bağlı zərərçəkmişlərə ödənilən sığorta pulunun maksimal həddi artırıla bilər.

"Report” xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov məlumat verib.
Onun sözlərinə görə, bu məqsədlə İSB-nin və Maliyyə Bazarlarına Nəzarət Palatasının informasiya sistemində olan məlumatlar cəmləşdirilir və aktuari heyəti tərəfindən qiymətləndirmələr aparılır.
"Bu qiymətləndirmələr əsasında hesabat hazırlanaraq Palataya təqdim olunacaq. Ödənişin maksumal həddi aktualdır. Çünki, son dəyişiklikdən 8 il keçib. Hazırda bu məbləğ 5 min manatdır ki, devalvasiyadan sonra dollarla ifadədə 2 dəfə azalıb. Doğrudur, Azərbaycanda avtomobil qəzası nəticəsində dəyən zərərin məbləği orta hesabla 1 100-1 200 manatdır. Lakin yüzlərlə sığorta hadisəsi var ki, dəyən zərərin məbləği 5 000 manatdan çoxdur. Bu ayın sonunda aktuarilərin təklifləri hazır olacaq, ortaya çıxan rəqəmlərə uyğun addımlar atılacaq. Söhbət sığorta təminatı ilə yanaşı, sığorta tariflərindən də gedir”, - deyə R.Əhmədov qeyd edib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az