Çavuşoğlu: “Rusiya və ABŞ-ın Türkiyəyə heç nə deməyə haqqı yoxdur”

Çavuşoğlu: “Rusiya və ABŞ-ın Türkiyəyə heç nə deməyə haqqı yoxdur”

"ABŞ-ın YPG-yə yardımından məyus olduğumuzu dəfələrlə dilə gətirmişik”.

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV kanalına müsahibəsində deyib.

"Milli təhlükəsizlikdən söhbət gedəndə kimin nə dediyinin əhəmiyyəti yoxdur. Türkiyə beynəlxalq hüquq çərçivəsində nə lazımdırsa edir. Rusiya və ABŞ-ın Türkiyəyə heç nə deməyə haqqı yoxdur. Rusiyanın atdığı hər addım bizi qane etmir. Biz bununla bağlı kifayət qədər şəffaf davranırıq”, - deyə Türkiyə XİN rəhbəri vurğulayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az