AXCP rəhbərliyindən daha 3 nəfər həbs olunub

AXCP rəhbərliyindən daha 3 nəfər həbs olunub

Mayın 25-də rəhbər funksionerlərindən daha 3 nəfər həbs edilib. Bu barədə sosial şəbəkədə AXCP rəhbərliyi və fəalları məlumat paylaşıb. Bəlli olub ki, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov partiyanın Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, Qarabağ qazisi Babək Həsənov həbs edilib. Onların evlərində axtarış aparıldığı da bildirilir.

Yayılan məlumatlara görə, Aqil Əli Məhərrəm yaşadığı evdən çıxarkən saxlanılıb.

Ruslan Nəsirili isə saat 16 radələrində Gəncədə qonağı olduğu dostu ilə həbs olunaraq Bakıya gətirilib. Bunun ardınca saat 19 radələrində onun Saatlıdakı ata evində və həyatyanı sahəsində 20-yə yaxın Saatlı RPŞ əməkdaşlarının iştirakı ilə axtarış aparılıb. Evdən Ruslana məxsus ümumvətəndaşlıq pasportu, son zəng xatirə diskləri, atasının bankdan götürdüyü kredit sənədləri götürülüb.

Babək Həsənlinin hansı şəraitdə həbs edildiyi haqda məlumat yoxdur.

Onların harada saxlandığı da dəqiq bəlli deyil. Bəzi ehtimallara və məlumatlara görə, onları Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("bandotdel”) aparıblar(azadlıq.info).

Ancaq bu deyilənləri, hələlik, hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az