“Ay xanım, ora keçmək olmaz” — Nəzarətçi Şəfiqə Məmmədovanı TANIMADI

“Ay xanım, ora keçmək olmaz” — Nəzarətçi Şəfiqə Məmmədovanı TANIMADI
Xalq artisti Amaliya Pənahova ilə Akademik Milli Dram Teatrında keçirilən vida mərasimi zamanı teatrın nəzarətçisi Azərbaycan Respublikası Kinematoqrafçılar İttiqafının sədri, xalq artisti Şəfiqə Məmmədovanı tanımayıb.

"Ölkə.Az”-ın məlumatına görə, nəzarətçi "ay xanım, ora keçmək olmaz” deyərək, məşhur aktrisanı rəsmi şəxslər üçün nəzərdə tutulmuş sıraya buraxmaq istəməyib. Aktrisa isə öz növbəsində nəzarətçiyə cavab verib:
"Mənim adım dövlətin rəsmi nekoroloqunda var. Necə yəni olmaz?”
Qeyd edək ki, 73 yaşlı Amaliya Pənahova ötən gün xərçəng xəstəliyindən vəfat edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az