Ayağı sınan icra hakimiyyətinin işçisi xəstəxanada əməliyyat zamanı öldü

Ayağı sınan icra hakimiyyətinin işçisi xəstəxanada əməliyyat zamanı öldü
Xocavənd Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı əməliyyat zamanı ölüb.

Miq.az Trend-ə istinadən xəbər verir ki, Xocavənd rayon Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rüstəmov evdə təmir işləri aparan zaman yıxılıb, nəticədə ağır bədən xəsarətləri alıb.
R.Rüstəmovun ayağı iki yerdən sınıb. Bir neçə gün xəstəxanada müalicə olunmasına baxmayaraq, dünyasını dəyişib.
O, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında aparılan cərrahiyyə əməliyyatından sağ çıxmayıb.
Faktla bağlı araşdırma aparılır
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az