Ayaz Mütəllibov Müsavatın deputatlığa namizədi oldu - Arif Hacılı AÇIQLADI

Ayaz Mütəllibov Müsavatın deputatlığa namizədi oldu - Arif Hacılı AÇIQLADI

Seçki dairələrinin əksəriyyətindən namizədlərimizi müəyyən etdik.

Bunu Müsavat Partiyasının sədri Arif Hacılı qeyd edib. O, ad çəkmədən namizədlərin peşələri barədə məlumat verib:

"Onların sırasında siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, keçmiş parlament üzvləri, professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, keçmiş siyasi və vicdan məhbusları, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar var.

Bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var”.

A.Hacılı həftə sonunadək dairələr üzrə namizədlərin tam siyahısının elan ediləcəyini bildirib.

Qeyd edək ki, A.Hacılının "bu ölkənin prezidenti olmuş namizədlər” deyəndə kimi nəzərdə tutduğu bəlli deyil. Azərbaycanın 3 sabiq prezidenti var ki, onlardan yalnız Ayaz Mütəllibov həyatdadır./Axar.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az