Aylar sonra Qarabağda nə baş verəcək?-Trampın Əliyevə göndərdiyi məktubda SİRLİ MESAJ

Aylar sonra Qarabağda nə baş verəcək?-Trampın Əliyevə göndərdiyi məktubda SİRLİ MESAJ

ABŞ prezidenti Donald Tramp Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. ABŞ-Azərbaycan münasibətlərinin inkişafına toxunan məktubda diqqət çəkən əsas məqam Trampın "Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır” sözləridir.

ABŞ lideri bununla Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxın dövrdə baş tutacağınımı açıqlayır? Və bunu Azərbaycan liderinə bildirməklə o, münaqişənin beynəlxalq hüquq, yəni ərazi bütövlüyü çərçivəsində həllinə işarə edir? Bu sözlər həm də o haqda ehtimalı gücləndirir: Vaşinqtonun Dağlıq Qarabağla bağlı yeni planı var.

Hesab etmək olar ki, regional münasibətlər və bu bölgədə İranla qarşıdurma faktoru Azərbaycanın əhəmiyyətini artırır və Vaşinqton Qarabağ münaqişəsini həll etməklə Bakını öz cəbhəsinə almaq gedişi edə bilər. Proseslərin inkişafı yaxın dövrlərdə ABŞ-ın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilə biləcəyi ehtimalını da gücləndirir.

Miq.Az publika.az-a istinadən xəbər verir ki, rusiyalı ekspert Stanislav Tarasov regionda yaranmış situasiya fonunda ABŞ-ın Azərbaycana yaxınlaşmasını məntiqli hesab edir.

"Tramp İlham Əliyevə "Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq” deyə yazdığı sirli məktub əslində Vaşinqtonun gələcək ssenarilərini açıqlayır. Görünür, Tramp münaqişənin həllində əsas vasitəçi kimi çıxış etmək niyyətindədir. Yaxın dövrdə yüksək vəzifəli amerikalı məmurların Bakıya səfərlər edəcəyi təəccüblü olmayacaq”, - deyə rusiyalı ekspert vurğulayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az