Azərbaycan 100 min ədəd “Kalaşnikov” istehsal etdi

Azərbaycan 100 min ədəd “Kalaşnikov” istehsal etdi
AK-74M avtomatı Rusiyanın lisenziyası əsasında hazırlanıb

Azərbaycan Rusiyanın lisenziyası əsasında indiyə qədər 100 min ədəddən yuxarı "Kalaşnikov” AK-74M avtomatı istehsal edib. Bunu Minskdə keçirilən MİLEX-2019 silah sərgisi zamanı Azərbaycanın hərbi-sənaye kompleksinin nümayəndəsi TASS-a deyib.
"İndiyə qədər Azərbaycan lisenziya əsasında 100 mindən yuxarı AK-74M istehsal edib. Avtomatların istehsalı 2021-ci ilə qədər davam edəcək. Cəmi 120 min vahid AK-74M buraxmaq nəzərdə tutulur”.
Azərbaycanın o vaxtkı Müdafiə Sənayesi Nazirliyi (indiki "Azərsilah”) AK-74M avtomatlarının "Xəzri” adı altında istehsalına 2011-ci ildən başlayıb. Bunlar avtomatın baza variantından nişangah kompleksinin modifikasiya olunmuş interfeysi ilə fərqlənir. AK-74M "Xəzri” avtomatları Azərbaycan ordusunun silahlanmasında yer alır.
Bundan əvvəl Azərbaycanın "Xəzri” avtomatlarının bazasında EM-14 hücum tüfəngi hazırladığı açıqlanmışdı. Bu, NATO standartlarına uyğunlaşdırılmış silahdır və 5.56x45 mm-lik patronlar istehsal edir. Silahın seriya istehsalı 2016-cı ildən başlayıb.



Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az