“Azərbaycan bir dəqiqənin içində od tutub YANA BİLƏR” – Keçmiş nazirdən ŞOK AÇIQLAMA

“Azərbaycan bir dəqiqənin içində od tutub YANA BİLƏR” – Keçmiş nazirdən ŞOK AÇIQLAMA

Son vaxtlar keçmiş səhiyə naziri Əli İnsanov hakimiyyət əleyhinə kəskin bəyanatlarla çıxış etməkdədir. 

Maraqlıdır, YAP qurucularından olan sabiq nazir Əli Nağıyev bu barədə nə düşünür? Ə.Nağıyevin Ə.İnsanova bu məsələdə məsləhət görəcəyi nələrsə varmı?

Ə.Nağıyev Ə.İnsanovun məlum fikirlərini yanlış hesab etdiyini, İlham Əliyevə yönəlik istənilən addımın həm də xalqa, xalqın və dövlətin mənafeyə qarşı yönəldiyini vurğulayıb:

"Martın əvvəlində, Ə.İnsanov həbsdən çıxanda mənə sual ünvanladılar. Bidirdilər ki, Ə.İnsanov emosional, odlu-alovlu çıxışlar edir. Mən o zaman bildirdim ki, bu yanaşmanı səhv hesab edirəm. Mən hələ 16 il qabaq bu yolun səhv olduğunu bildirmişəm. Bu gün elə simasızlar var ki, onlar iqtidarın təbliğatını edəndə, bu, iqtidarın əleyhinə işləyir. Çünki cəmiyyət bu insanları simasız insanlar kimi tanıyır. O simasızlardan birini o vaxt mənim də yanıma göndərmişdilər. Mənə deyirdilər ki, sən də bizim tərəfimizə keç. Mən həmin şəxsə sərt cavab verdim, bildirdim ki, məndən Heydər Əliyevə xəyanətkar olmaz. 

Yaxşıya yaxşı, pisə pis demək lazımdır. Bir adamın hansısa səhvi olubsa, onun yaxşılarını da qaralamağı qətiyyən qəbul etmirəm. Mən Əli İnsanova onu deyə bilərəm ki, ay kişi, sən axı savadsız adam deyilsən. Sən bu mübarizəni ömür boyu axıra çatdıra bilmərsən. İkinci bir tərəfdən, bax gör sən kimlərin əlinə oynayırsan. Prezident postuna iddialar arasında İlham Əliyevin dizinə qədər çatası layiqli bir adam görmürəm. Onların içərisində vicdanı düz, keçmişi təmiz, milləti İlham Əliyevdən çox sevən, millətə İlham Əliyevdən artıq xidmət edən bir adam yoxdur. Nəinki İlham Əliyevdən artıq, onun dizinə qədər olanını görmürəm. 

73-74 yaşın var. Axı sənin Avropada, Amerikada oturan müəllimlərin də gözəl bilir ki, sənin bu potensialın yoxdur. Sən o cılız adamlara xidmət edirsənsə, yalnız İlham Əliyevə deyil, bu xalqa düşmənçilik edirsən. Sən bu millətə düşmənçilik edirsən. 

Bu gün Azərbaycanın çox böyük problemi var. İlham Əliyevə qarşı çıxmaq, onun stolunu laxlatmaq, ona zərbə vurmaq Azərbaycana zərbə vurmaqdır. Azərbaycan bir dəqiqənin içində od tutub yana bilər. 

Mən bir daha bunları Əli İnsanovun diqqətinə çatdırmaq istəyirəm. Bir daha deyirəm ki, ay kişi, qalan ömrünü balalarına, nəvələrinə sərf elə. Xeyirli işlərlə məşğul ol. Sən bu fəaliyyətinlə bu millətə heç bir xeyir verə bilməyəsən”./Moderator.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az