Azərbaycan “Boinq 737” təyyarələrindən imtina etdi

Azərbaycan “Boinq 737” təyyarələrindən imtina etdi
Azərbaycan 10 ədəd "Boeing 737 MAX-8" təyyarəsini əldə etməkdən imtina edib.


Qaynarinfo TASS agentliyinə istinadla xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib. Həmin təyyarələrin alışı üzrə müqavilə iki il əvvəl Amerikanın aerosmik korporasiyası ilə bağlanıb. 

P. Kəsəmənski bildirib: "Biz sözügedən təyyarələrin təhlükəsizliyi ilə bağlı məlum səbəblərə görə "Boeing 737 MAX-8" təyyarələrinin alışından imtina etdik və bu barədə "Boeing" korporasiyasını məlumatlandırdıq". 

2017-ci ilin aprelində  Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti 10 ədəd "Boeing-737 MAX" sərnişin təyyarəsinin alışı üzrə "Boeing" ilə müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri təqribən 1 milyard dollar təşkil edib. Təyyarələr 2020-ci ilin sonunadək Azərbaycana çatdırılmalıydı. 

Xatırladaq ki, oktyabrın 9-da İndoneziyada və martın 10-da Efiopiyada "Boeing 737 MAX-8" təyyarəsi qəzaya uğrayıb. Bundan sonra Rusiya, ABŞ və Aİ ölkələri daxil olmaqla bir çox ölkənin aviaşirkətləri təhlükəsizlik düşüncəsi ilə bu seriyadan olan təyyarələrin istismarını dayandırıb. 
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az