Azərbaycan bu terrorçunu yüksəkdəqiqli RAKET ZƏRBƏSİ ilə məhv edə bilər

Azərbaycan bu terrorçunu yüksəkdəqiqli RAKET ZƏRBƏSİ ilə məhv edə bilər

 Azərbaycan Xocalı soyqırımında adları keçən terrorçuları və separatçıları raket zərbələri ilə məhv edə bilər. Buna texniki imkanlarımız var.

2020-ci ildə qondarma "Artsax"da prezident seçkiləridir. "Müharibə partiyasının" əsas namizədi, Xocalı soyqırımında iştirak etmiş Əsgəran alayının komandiri, dinc əhalimizə qarşı insanlığa qarşı cinayətlər törətdiyinə görə Azərbaycan Respublikasında Baş Prokurorluğu və Baş Hərbi Prokurorluğu tərəfindən barəsində cinayət işi olan, hazırda Dağlıq Qarabağda "təhlükəsizlik şurasının katibi" general-leytenant Vitaliy Balasanyandı.
 
Vitali Balasanyan

O, Paşinyanın dəstəkləyəcəyi namizəddən fərqli, Daşnaksütun və "qarabağ klanı" tərəfindən dəstəklənir. Cəbhədə gərginləşmə ilk növbədə Qarabağda erməni əhalisini müharibə ilə qorxutmaqla V.Balasanyanın seçilmə şanslarını yüksəltmək və bütün erməni "müharibə şahinlərinin" mövqelərini bərkitmək məqsədinə xidmət edir. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, Azərbaycan bu terrorçunu havadan yüksəkdəqiqli raket zərbəsi ilə məhv edə bilər. Buna görə Rusiya "inciməz"(Cövhər Dudayevin vurulmasını yadına salarıq). Və o cümlədən, Qarabağda olan digər separatçı liderlər "nöqtə" zərbələri ilə məhv edilməlidilər. Bu əməliyatlar torpaqlarımızın azad olunmasına şəraitin yaradılmasına yuxarıda dediyim yardım olardı. Bu tamamilə real və dünya praktikasında qəbul olunmuş terrorçularla və separatçılarla mübarizə metodudur. Bunun üçün bütün avadanlıqlara malikik, mütəxəssislər hazırlanıb. Bunlar nəhayət işə salınmalıdır. Genişmiqyaslı müharibə ilə dərhal torpaqları azad edə bilmiriksə, düşmənə "aprel" kimi, digər vasitələrlə ciddi nəticələrə səbəb olacaq zərbələr endirməliyik.

Nazim Bayram
Hərbi icmalçı, Qarabağ qazisi
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az