“Azərbaycan əhalisi müharibəyə hazırlaşır...” -Erməni separatçısı belə düşünür...

“Azərbaycan əhalisi müharibəyə hazırlaşır...” -Erməni separatçısı belə düşünür...
Yoxsa kimlərsə bizi torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmənlə barışığa hazırlayır?..

"Azərbaycan yenidən silahlanma və ermənilərə nifrət siyasətinin güclənməsi nöqteyi-nəzərindən sülhə getdikcə daha az hazırlaşır...” 

Moderator.az xəbər verir ki, Rusiyada nəşr olunan erməni saytlarının verdiyi məlumata görə, bunu yanvarın 18-də Ermənistan parlamentində jurnalistlərə verdiyi müsahibədə "Qarabağın ombudsmanı” hesab olunan Artak Belaryan ad-soyadlı məxluq söyləyib. Onun sözlərinə görə, bütün bunlar Azərbaycanda əhalinin əslində müharibəyə hazırlaşdığına dəlalət edir.
"Əlbəttə, bu, müharibənin birmənalı olacağı anlamına gəlmir. Bu, ermənilərin gücündən asılıdır. Ancaq Azərbaycan, təəssüf ki, açıq şəkildə sülh yolu ilə getmək istəmir. Bu, o deməkdir ki, münaqişə uzun müddət davam edəcək. Ümid edirəm ki, bir gün Azərbaycan cəmiyyəti dialoqun və qonşuluğun onların maraqlarına uyğun olduğunu  başa düşəcək”-separatçı-terrorçu rejim  mənsubu belə deyib.

P.S. Ermənilər bizim müharibəyə hazırlaşdığımızı düşünür. Bəs biz bütövlükdə xalq olaraq doğrudan da Qarabağ uğrunda savaşa hazırlaşırıqmı? Hazırlaşırıqsa, il ərzində   20 Yanvar, Xocalı soyqırımları günləri və 12 dekabr - Heydər Əliyevin xatirə günü istisna olmaqla ilin qalan günləri bu çal-çağır, bu konsertlər, bu atəşfəşanlıq, məmur kabinetlərindəki bu kütləvi korrupsiya, rüşvətxorluq və s. nə deməkdir?.. Yoxsa kimlərsə bizləri torpaqlarımızın işğalı ilə, Qarabağdakı separatçı rejimin varlığı ilə barışmağa, işğalçı, terrorçu Ermənistanla sülhə hazırlayır?..

P.P.S.  Və görünür, düşmən mənsubları Azərbaycandakı məhz bu laqeydlik, unutqanlıq, manqurtluq hallarına dayanaraq xalqımızın nə vaxtsa İrəvanın, Zəngəzurun, Göyçənin, Basarkeçərin və s. Ermənistan kimi Qarabağın, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın və s.   erməni ərazisi olmasıyla razılaşacağımıza ümid edir...

Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az