AZƏRBAYCAN HƏR GÜN MİNİMUM 28 MİLYON İTİRİR – Neftin qiymətində ucuzlaşma davam edir

AZƏRBAYCAN HƏR GÜN  MİNİMUM 28 MİLYON İTİRİR – Neftin qiymətində ucuzlaşma davam edir
Dünya neft və fond bazarlarında ciddi azalmalar qeydə alınmaqdadır. Belə ki, qlobal birjalar son 20 ayda ən aşağı səviyyəni nümayiş etdirib. Əmtəələr indeksi son 3 ilin ən aşağı səviyyəsindədir. Azalamlar neft bazarından da yan keçməyib. Brent markalı neftin bir bareli 50 dollarlıq psixoloji həddədək ucuzlaşıb. Neft 1 gündə 6 faizdən çox dəyər itirib.

İqtisadçı-ekspert Vüqar Bayramovun dediyinə görə, qiymətlərin kəskin azalması OPEK-i təcili görüş keçirməyə məcbur edir: "Kartel artıq üzvlərinə müraciət etsə də, belə bir görüşün yaxın günlərdə reallaşması və bütövlükdə qiymət azalmaların qarşısının alınması real deyil. Azərbaycanın gündəlik neft ixracatının 783 min barel olduğunu nəzərə alsaq, neftin qiymətinin aşağı düşməsinin ölkəmizə təsirini müəyyənləşdirmək çətin olmaz. Belə ki, neftin bir barelinin qiyməti 86 dollar olan zaman neft ixracatımızın dəyəri 67 milyon 338 min dollar idi. Bu rəqəmə bütün xərclər daxildir və mənfəətin 75 faizi Azərbaycan dövlətinə çatır. Mövcud qiymətlərlə isə gündəlik neft ixracatımızın dəyəri 39 milyon 150 min dollardır. Bu o deməkdir ki, bu ilin oktyabr ayı ilə müqayisədə gündəlik neft ixracatımızın dəyəri 28 milyon 188 min dollar azalıb”.
Ekspert bildirir ki, OPEK-in son toplantısında ölkəmizin gündəlik hasilatın 20 min barel azaldılması ilə bağlı öhdəlik götürdüyünü də nəzərə alsaq, o zaman belə qiymətlər şəraitində yeni ildən gündəlik neft ixracatımızdan əldə etdiyimiz gəlirin daha çox azaldığının şahidi olacağıq.


 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az