Azərbaycan idmanının yeniyetmə ulduzu

Azərbaycan idmanının yeniyetmə ulduzu

Son illər ölkədə idmana dövlət səviyyəsində göstərilən qayğı hər kəsə məlumdur. Elə bunun nəticəsidir ki, yeniyetmələr və gənclər arasında idmana maraq getdikcə artır. Ölkə miqyasında keçirilən idman yarışlarında uğurlar qazanan yeniyetmələrin timsalında gələcəkdə dünyanın bir çox şəhərlərində, yüksək səviyyəli beynəlxalq yarışlarda Azərbaycan bayrağını ucaldıb, Azərbaycan himnini səsləndirən qəhrəmanlarımızı görürük. Bir neçə gün öncə Bakıda keçirilən yeniyetmələr arasında cüdo üzrə açıq birincilikdə yer alan idmançılarımız da bu qəbildəndir.

Qeyd etdiyimiz yarışda İsmayılov İlkin Mamed oğlu öz çəkisi üzrə birinci yerə sahiblənərək qızıl medal qazanıb. İlkinin məşqçiləri və onun yarışmasını izləyən  mütəxəssislər də onun gələcəkdə peşəkar cüdoçu kimi ölkəmizin şərəfini layiqincə qoruyacağı qənaətindədilər.  Onu da bildirək ki, İlkin İsmayılov həm də nümunəvi şagirddir. 287 saylı Zəkalar liseyinin 7 k sinif şagirdi olan İlkin dərs əlaçısıdır. İlkinə gələcək həyatında, həm idman, həm təhsil istiqamətində yeni uğurlar diləməklə onu təbrik edirik.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az