“Azərbaycan müttəfiqimiz deyil, amma...” – Rus politoloqdan ikibaşlı açıqlama

“Azərbaycan müttəfiqimiz deyil, amma...” – Rus politoloqdan ikibaşlı açıqlama
Ermənistan bizim strateji əməkdaşımız və müttəfiqimizdir. Buna görə də, bu ölkəyə dəstəyin verilməsi bizim üçün prioritetdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri rusiyalı politoloq İvan Konovalov deyib.
Konovalov Azərbaycanın Rusiya müttəfiqi olmadığını vurğulayıb:
"Ermənistana olan münasibətimizi Azərbaycan da yaxşı bilir. Digər yandan, Azərbaycan bizim strateji tərəfdaşımız və müttəfiqimiz deyil”.
Bununla belə, ekspert Rusiyanın Azərbaycanla münasibətləri normal məcrada saxlamaqda maraqlı olduğunu diqqətə çatdırıb:
"Rusiya bölgədə öz geosiyasi və iqtisadi maraqlarının təmin olunmasına çalışır. Buna görə də, hər iki Cənubi Qafqaz ölkəsinə hərbi dəstək verdiyi də sirr deyil. Əslində Rusiya Ermənistan və Azərbaycan arasında ehtimal edilən müharibənin qarşısının alınması üçün ciddi səy göstərir”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az