Azərbaycan ordusunda HƏYƏCAN siqnalı - DÜŞMƏN narahatdır– VİDEO

Azərbaycan ordusunda HƏYƏCAN siqnalı - DÜŞMƏN narahatdır– VİDEO

Prezident və Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən bu gün  iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb.

Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Yayılan  kadrlara əsasən təlimlərə Azərbaycan ordusunun silahlanmasına yeni daxil olan, Belarus istehsalı "Polonez” operativ-taktiki raket kompleksləri (300 kilometrə qədər atəş mənzili) və İsraildən alınan, kvaziballistik trayektoriya ilə uçan, 400 kiloqramdan çox ağırlıqda döyüş başlığı daşıyan "LORA” operativ-taktiki raketləri də təlimlərə çıxarılıb. Gözləmək olar ki, bu raket komplekslərindən döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şəraitdə şərti düşmənin hərbi infrastrukturunun uzaq məsafədən məhv edilməsi üçün döyüş atışları həyata keçiriləcək.
[video=http:// ]
İyulun 6-dək davam edəcək təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin planına əsasən, həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət etməsi düşmən ölkənin rəhbərliyi tərəfindən narahatlıqla qarşılanıb. Ermənistan hakimiyyəti başda baş nazir Paşinyan olmaqla həyəcən təbili çalır. Bu həyəcan düşmən ölkən ordusunun qərərgah rəisi səviyyəsində hətta özünü büruzə verir. 

Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilməsinin Ermənistan ordusunda narahatlıqla qarşılanmasını hərbi ekspert, ehtiyatda olan olan polkovnik-leytenant Üzeyir Cəfərov Miq.Az-a belə şərh etdi: 

"Ermənistanın son günlər narahatçılığı birə-on artıb. Bu da səbəbsiz deyil. Xüsusən də Naxçıvandakı məlum 11 min hektar ərazinin işğaldan azad edilməsinin ardıycan Bakıdakı möhtəşəm Hərbi Parad və orda görünən və görünməyən silahlarla bağlı vəziyyət sanki bütövlükdə ermənilərin və havadarlarının yuxusuna haram qatıb. O Paradda cəmi 4 min şəxsi heyət iştirak edirdi. İndi isə 20 min şəxsi heyət və müasir hərbi əməliyyatları aparmaq üçün lazım olan bütün ağır texnika və hərbi aviasiya da hazırlığa gətirilib."
 
Miq.Az əməkdaşının "Ermənistanın narahatlığı indiyə kimi bu qədər  heç cür müşahidə edilməyib. Müdafiə naziri son çıxışında Naxçıvanda son uğurlu əməliyyatla bağlı "Maskalanmış əməliyyat" deyə bir ifadə işlətdi. Ola bilərmi nazirin bu çixişi düşməni narahat etsin? Hətta təlimqabağı Paşinyan müharibəyə hazır olmaqları ilə bağlı xüsusi əmr də imzalayıb. Sizcə bunu necə izah etmək olar, müharibə qapının bir addımlığında demək olarmı?” sualına hərbi ekspertin cavabı: `
[video=http:// ]
"Müdafiə nazirinin bu yaxınlarda açıqlamaları, Ali Baş Komandanın Azadlıq meydanında Silahlı Qüvvələr günü ilə əlaqədar çıxışı, bütün bunlar onsuz da xaotik vəziyyətdə olan Ermənistan siyasi-hərbi rəhbərliyini çox çıxılmaz duruma salıb. Ona görə ermənilər həddən çox təşviş keçirirlər. Bəli, bu təlimlər çox rahatlıqla dəqiqlər və ya saatlar ərzində ordumuzun antiterror əməliyyatına çevrilə bilər. Ordu hazırdır. Siyasi qərar olacağı təqdirdə ordunun bir vəzifəsi qalacaq ki, o da düşmənin başını əzib torpaqlarımızı işğaldan azad etmək. Şəxsən mən inanıram ki, çox rahatlıqla bu qədər müasir silah-sursatın qarşısında biz öz ərazi bütövlüyümüzü təmim edə bilərik. Özü də bu çox unikal bir şans və imkandır."

Azərbaycan Ordusunun son təlimlərindən ermənilərin narahatşılığını isə tarixçi alim, Bütöv Azərbaycan Ocaqlarının başkanının ideologiya üzrə müavini Dilavər Əzimli Miq.Az saytına belə şərh edir:

"Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı erməni hərbi mövqelərinin müdafiəsi ilə bağlı qeyri-adi qərar qəbul edib. Qərara görə, bundan sonra Azərbaycan Ordusu ilə təmas xəttində erməni ordusu ilə yanaşı, Ermənistan DİN-nin Daxili Qoşunları da xidmət edəcək". Əslində, bu addım birbaşa Azərbaycanın milli maraqlarına, ərazi btövlüyünə yönələn qəsddir. Ermənistan heç bir beynəlxalq qanun tanımır və təcavüzkar siyasətini davam etdirir. Dağlıq Qarabağ ərazilərinə PKK silahlılarını da yığmaqda davam edir. Azərbaycan özünün xarici siyasətini daha da aktivləşdirməli və Dağlıq Qarabağda antiterror əməliyyatları aparmaq üçün dünyanın iri dövlətlərini xəbərdar etməlidir. Əslində, Dağlıq Qarabağda antiterror əməliyyatlarına Türkiyə tərəfi də qoşula bilər. Çünki Türkiyə tərəfi də dəfələrlə bəyan edib ki, PKK terrorçuları Dağlıq Qarabağa da toplaşırlar. Bundan əlavə, Dağlıq Qarabağ dünya narkoticarətinin mərkəzinə çevrilməkdədir. İstər beynəlxalq qanunlar, istərsə də milli maraqlar və ərazi bütövlüyümüzün təmin edilməsi imkan verir ki, Dağlıq Qarabağda antiterror əməliyyatları keçirək."

Ərşad Əhədzadə
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az