Azərbaycan Ordusunda təlimlər başladı – VİDEO

Azərbaycan Ordusunda təlimlər başladı – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonlarında raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.

Müdafiə Nazirliyindən  Miq.Az-a verilən məlumata görə, nəzəri bilikləri və təhlükəsizlik qaydalarını mənimsəyən şəxsi heyətlə poliqonlarda müxtəlif mövzularda praktiki məşğələlər keçirilir.

Təlimlər Raket və artilleriya qoşunlarının idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş uzlaşmasının səviyyəsinin artırılması, taktiki əməliyyatlar zamanı fəaliyyətlərin planlaşdırılması, bölmələrin idarə edilməsində digər qoşun növləri və qismləri ilə qarşılıqlı fəaliyyətin təşkili və digər məsələləri məşq etdirmək məqsədilə keçirilir.

Praktiki məşğələlərə cəlb olunan qüvvə və vasitələr qarşıya qoyulan tapşırıqları ardıcıl olaraq yerinə yetirirlər.

Təlimlər zamanı Raket və artilleriya qoşunlarının bölmələri döyüş atışları icra edir.


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az