Azərbaycan Prezidenti: “Hərbiçilərimizin qisası alınıb”

Azərbaycan Prezidenti: “Hərbiçilərimizin qisası alınıb”

"Dünən Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib”.

Miq.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfidndən hərbi təxribatlar törədilir: "Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olublar. Dünən günorta saatlarında bunların növbəti təxribatı nəticəsində bir neçə hərbiçimiz həlak olub. Qəfltən bizim hərbi postumuz artileriya atəşinə tutulub və bu çirkin əməllər nəticəsində hərbiçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı hərbiçilərə də Allahdan şəfa diləyirəm. Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətə alınıb, adekvat cavab verilib, hərbiçilərimizin qisası alınıb”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az