Azərbaycan Türkiyə vətəndaşını başqa ölkəyə verməkdən imtina etdi

Azərbaycan Türkiyə vətəndaşını başqa ölkəyə verməkdən imtina etdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə Respublikasının vətəndaşı Gökhan Öztürkün Niderlanda ekstradisiyası ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Miq.az oxu.az-a istinadən xəbər verir ki, prosesdə Azərbaycan Baş Prokurorluğunun nümayəndəsi Gökhan Öztürkün ekstradisiyasına etiraz edib.
Ədliyyə Nazirliyinin nümayəndəsi isə bu məsələni məhkəmənin öhdəsinə buraxıb.
Sonda məhkəmə qərar qəbul edərək ekstradisiya ilə bağlı təqdimatı təmin etməyib.
Qeyd edək ki, Gökhan Öztürk Bakıya üç günlük gəzməyə gəldiyini və hava limanında saxlanıldığını bildirib. Məhkəmə zamanı onun beynəlxalq axtarışa verildiyi bildirilib. Niderland Krallığı tərəfindən ekstradisiya üçün Azərbaycana göndərilən məktubda Gökhanın Niderland vətəndaşı olduğu, həmin ölkədə onun haqqında 180 günlük həbs hökmü çıxarıldığı göstərilib.
Gökhan Öztürk isə Türkiyə vətəndaşı olduğunu, Niderlanda göndərilməsini istəmədiyini deyib.
Məhkəmənin sorğularına əsasən, Niderlandın Azərbaycandakı səfirliyi G.Öztürkün Niderland vətəndaşı olduğu, Türkiyə səfirliyi isə onun Türkiyə vətəndaşı olduğu cavabını verib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az