Azərbaycan və Dağıstan arasında daimi dəmir yolu istifadəyə veriləcək

Azərbaycan və Dağıstan arasında daimi dəmir yolu istifadəyə veriləcək
Azərbaycan və Dağıstanı daimi dəmir yolu birləşdirəcək.
 
 "Report” TASS-a istinadən xəbər verir ki, bunu Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev çərşənbə günü brifinq zamanı deyib.
"Bizim bu günə qədər istifadə olunmayan böyük nəqliyyat imkanlarımız var. Biz indi Bakı ilə daimi dəmir əlaqəsi həyata keçirəcəyik. Olduqca rahat, tam şəkildə işləyə bilər. Bunun insanların maraqlarına xidmət etməsi üçün heç bir maneə görmürəm. Və bu bizim iqtisadiyyatımızı inkişaf etdirəcək”, – deyə region rəhbəri bildirib.
Bundan əvvəl Bakı-Sumqayıt dəmir yolu xəttində "Texniki fasilə”nin müddəti uzadılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az