Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Milanda görüşə bilər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Milanda görüşə bilər
Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının bu il dekabrın 6-7-də keçirilən iclasında iştirak edəcək.


"Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu brifinq zamanı XİN-in mətbuat katibi Anna Nağdəliyan bildirib.
O, ATƏT Minsk qrupu həmsədrləri tərəfindən həmin iclas çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi ilə bağlı təklif irəli sürüldüyünü deyib: "Görüş təsdiq edilən kimi ictimaiyyət məlumatlandırılacaq”.
Xatırladaq ki, ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Visconti (Fransa), Andrü Şefer (ABŞ) oktyabrın 29-dan noyabrən 2-dək Rusiya və Cənubi Qafqaz regionunda səfərdə olmuşdular.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az