Azərbaycan və Rusiya prezidentləri Moskvada görüşəcəklər

Azərbaycan və Rusiya prezidentləri Moskvada görüşəcəklər
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada görüşəcəklər.


"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, V.Putin Moskvada həmçinin digər ölkələrin, o cümlədən Ermənistan, Boliviya, Livan, Belarus və Səudiyyə Ərəbistanının liderləri ilə görüşəcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Rusiyaya işgüzar səfərə gedib. O, iyunun 14-də "Lujniki" stadionunda keçiriləcək futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edəcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az