Azərbaycan XİN Ukraynaya başsağlığı verdi

Azərbaycan XİN Ukraynaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya başsağlığı verib.

"Miq.Az" xəbər verir ki, başsağlığı XİN-nin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada Milli Matəm Günü elan olunub.  Azərbaycan XİN yanğın zamanı həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyir.

Qeyd edək ki, Ukraynanın Odessa şəhərində kollec binasında baş verən yanğın zamanı ölənlərin sayı 10 nəfərə çatıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az