Azərbaycana aid yanacaq tankeri partladıldı – Sədərək-Dilucu sərhəd məntəqəsində

Azərbaycana aid yanacaq tankeri  partladıldı – Sədərək-Dilucu sərhəd məntəqəsində

Azərbaycanın Türkiyə ilə sərhədində yerləşən Sədərək-Dilucu sərhəd keçid məntəqəsindəötən gün baş vermiş partlayışa dair yeni təfərrüatlar məlum olub.


Virtualaz.org xəbər verir ki, rəsmi "Anadolu” agentliyi Azərbaycan dövlət nömrə nişanlı yanacaqdaşıyan tankerin İran tərəfdən açılan atəş nəticəsində partladığını bildirir. Məlumata görə tanker Dilucu gömrüyünün dayanacağında park halında olarkən İran tərəfdən terrorçular maşına atəş açıb. Nəticədə tanker alovlanıb və bütün müdaxilələrə baxmayaraq tamamilə yanaraq sıradan çıxıb.

Türkiyə Dilucu Sərhəd Qapısından bildirilib ki, hadisə cümə axşamı günorta saatlarında baş verib. Dilucu Sərhəd Qapısının adının çəkilməsini istəməyən məmuru BBC News Azərbaycancaya hadisəni "terror hücumu” kimi qiymətləndirib və deyib ki, ilk öncə tankerə atəş açılıb.

"Hadisə nəticəsində bir əməkdaşımız yaralıdır, ancaq vəziyyəti yaxşıdır”, o deyib.Əməkdaşın sözlərinə görə, atəş açanın tək, ya çox adam olduğu bəlli deyil, hadisə yerində polis araşdırma aparır.

Qeyd edəkki,TürkiyəninİğdırvilayətiiləhəmsərhədİranbölgələrindəPKK-nınqoluolanPJAKterrorçularıfəaliyyətgöstərir.

Xatırladaq ki,Türkiyənin Naxçıvan muxtar respublikası ilə sərhəddəki Dilucu sərhəd-keçid məntəqəsində Azərbaycan dövlət nömrə nişanlı yanacaq tankeri yanıb.Dilucu gömrük müdirliyinin dayanacağında gözləyən tanker qəfildən alovlanıb. Bu zaman partlayış baş verib və qəlpə bir gömrük əməkdaşını yaralayıb. Yaralı xəstəxanaya aparılıb. Alovların qıza zamanda böyüməsi səbəbindən dayanacaq boşaldılıb, hadisə yerində çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib. Yana maşın söndürülüb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az