Azərbaycana idxal edilən toyuq ətinə rüsum tətbiq ediləcək

Azərbaycana idxal edilən toyuq ətinə rüsum tətbiq ediləcək

Azərbaycana idxal edilən ev toyuqlarına (Gallus domesticus) gömrük rüsumu tətbiq olunacaq.


"Report” xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

İndiyədək ölkəyə idxal edilən ev toyuqlarına (Gallus domesticus) gömrük rüsumu tətbiq olunmurdu. Dəyişikliklə isə 2019-cu ilin dekabrın 15-dək idxal edilən toyuğun hər 1 000 ədədinə 100 ABŞ dolları gömrük rüsumu tutulacaq.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az