Azərbaycana payız fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb

Azərbaycana payız fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb

Bu il Azərbaycanda payız fəslinin başlanacağı dəqiq vaxt açıqlanıb.


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov "Report"a açıqlamasında bildirib ki, payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 05:54-də daxil olacaq: "Bu il qış isə Azərbaycana dekabrın 22-i Bakı vaxtı ilə saat 02:22-də daxil olacaq".

Onun sözlərinə görə, sentyabrın 23-ü gecə və gündüz bərabərliyi baş verəcək: "Buna payız bərabərliyi deyirlər. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu tarixdən sonra cənub yarımkürəsində yay mövsümü başlayır".

Rəsədxana rəsmisinin sözlərinə görə, gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq. 

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az