Azərbaycanda 18 yaşlı qız arıqlamaq üçün dərman içdi, öldü

Azərbaycanda 18 yaşlı qız arıqlamaq üçün dərman içdi, öldü
Yevlaxda 18 yaşlı qız zəhərlənərək ölüb.

"Qafqazinfo” xəbər verir ki, 2000- ci il təvəllüdlü Sona Əliyeva dekabrın 4-də axşam saatlarında zəhərlənmə diaqnozu ilə Yevlax rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım bölməsinə gətirilib.
Dünən xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O, evdə arıqlamaq üçün kömür tabletkası qəbul edib.
Ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az