Azərbaycanda 18 yaşlı qız oğurlandı

Azərbaycanda 18 yaşlı qız oğurlandı

Bərdədə 18 yaşlı qızın oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, noyabrın 10-da rayonun Şahvəllər kənd sakini, 1999-cu il təvəllüdlü Tərgül Əhmədli mağazadan qaçırılıb.

Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında dərhal araşdırmalara başlanıb.

Araşdırmalar nəticəsində T. Əhmədlinin rayon sakinləri Ayşən Arif qızı Məmmədova və Allahverdi Vahid oğlu Məmmədov tərəfindən qaçırılması müəyyən edilib.
 
Faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu - bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az