Azərbaycanda ağır qəza: deputatın bacısı oğlu öldü

Azərbaycanda ağır qəza: deputatın bacısı oğlu öldü

Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.
 
Miq.az-ın APA-ya istinadən məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb. "Tofaş" markalı "10 CC 011″ dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.

Nəticədə sürücü - Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

İqbal Məmmədov

"Azpolitika.info"ya daxil olan məlumata görə, qəzada həlak olan 28 yaşlı Emil Şahpələngli deputat İqbal Məmmədovun bacısı oğludur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az