Azərbaycanda bu tarixdə televiziya və radio kanalların yayımı dayandırılacaq

Azərbaycanda bu tarixdə televiziya və radio kanalların yayımı dayandırılacaq
Sentyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq. 

Miq.az
xəbər verir ki, bunu "APA-Economics"ə "Teleradio" İstehsalat Birliyindən deyiblər.

Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq.Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunan cədvələ uyğun həyata keçirilir. Bu ilin cədvəlinə əsasən, dörd kompleks profilaktika nəzərdə tutulub.

Bu günədək profilaktika martın 4-də və iyunun 10-da keçirilib, üçüncüsü sentyabrın 16-da, dördüncüsü isə dekabrın 9-da keçiriləcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az