Azərbaycanda daha bir elektrik yarımstansiyasında partlayış: yaralılar var

Azərbaycanda daha bir elektrik yarımstansiyasında partlayış: yaralılar var

Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.

Miq.Az "Report”a istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alanlar var.

Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Xəsarət alanlardan birinin adı məlum olub. Rayon sakini, 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənov müxtəlif dərəcəli  yanıq xəsarətləri alıb.

Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Miq.Az

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az