Azərbaycanda dəhşətli qəza: maşın YOX OLDU, 8 ÖLÜ - FOTO

Azərbaycanda dəhşətli qəza: maşın YOX OLDU, 8 ÖLÜ - FOTO

Göygöl rayonunda ağır yol qəzası nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. Onlardan ikisi uşaq, dördü qadın, ikisi isə kişidir.

***

Miq.Az Report-a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə biri qadın, ikisi kişi olmaqla üç nəfər hadisə yerində ölüb, bir uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qəzada xəsarət alanların olduğu da bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az