Azərbaycanda dollar 1.90 manat oldu

Azərbaycanda dollar 1.90 manat oldu
Yanvarın 10-da hərraca böyük məbləğdə dollar çıxarılması, daha dəqiq desək, yeni ildə ilk dəfə banklara 300 milyon dollarlıq satış valyuta bazarında nisbi stabillik yaradıb 

"Qara bazar”da dollar ucuzlaşmağa başlayıb. 

Fins.az-ın fərdi şəkildə dollar satışı həyata keçirən şəxslərdən əldə etdiyi məlumata görə, yanvarın 11-də "qara bazar”da dollar 1,87 manata alınıb, 1,90 manata satılır.

Xatırladaq ki, yanvar ayının 5-dən sonra dolların "qara bazar”dakı alış-satış qiyməti 1,91-1,93 manat təşkil edirdi.

Qeyd edək ki, yanvar ayının 11-də Azərbaycan Mərkəzi Bankının (AMB) məzənnəsinə əsasən dolların kursu 1,7742 manat müəyyən edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az