Azərbaycanda dollar yenidən bahalaşdı - Rəsmi

Azərbaycanda dollar yenidən bahalaşdı - Rəsmi

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının yanvarın 6-na rəsmi məzənnəsini 1,7742 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən verilən məlumata görə, bu, məzənnənin 0,2% yüksəlməsi deməkdir.

Qeyd edək ki, 30 dekabr 2016-cı il – 5 yanvar 2017-ci il tarixlərində rəsmi məzənnə 1,7707 AZN/USD olub.

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

AMB-dən verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7707 məzənnəsi ilə başlayıb və 1,7742 məzənnəsi ilə yekunlaşıb.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az