Azərbaycanda enerji qiymətləri 2 dəfə qaldırılır - Tarif Şurasına MÜRACİƏT OLUNDU

Azərbaycanda enerji qiymətləri 2 dəfə qaldırılır - Tarif Şurasına MÜRACİƏT OLUNDU

"Azərenerji" və "Azərişıq" ASC enerji tariflərinin qaldırılmasıyla bağlı Tarif Şurasına müraciət edib. 

Miq.Az Azadlıq.info-ya istinadla xəbər verir ki, enerji qiymətləri 14-16 qəpiyədək qaldırılacaq. 

"Hazırkı qiymət 1 kilovat saata görə 350 kv.saatadək 7 qəpikdir, bundan yuxarı məsrəflər üçün isə 11 qəpikdir. Qiymətlər iyulun birindən qaldırıla bilər. Qiymət artımını payıza saxlamaq istəmirlər. Bundan başqa, qaz və suyun qiymətlərinin qaldırılması üçün də Tarif Şurasına müraciət göndərilib. 
Hökumət enerjinin, qazın və suyun qiymətlərinin qaldırılmasını Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun tələbləri ilə əsaslandırmağa çalışacaq. O da gözlənilir ki, əgər qiymət artımıyla bağlı ciddi ictimai etirazlar olsa, prezident qiymətləri 1-2 qəpik endirəcək", - deyə məlumatda bildirilir. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az