Azərbaycanda faciə – Uşaq atasının avtomobildən yıxıldı, təkərin altında qaldı

Azərbaycanda faciə – Uşaq atasının avtomobildən yıxıldı, təkərin altında qaldı
Ağsu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 13-də saat 16 radələrində Ağsu rayonu ərazisində Göyçay rayon sakini F.Hüseynov idarə etdiyi "Hovo” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.
Həmin vaxt F.Hüseynovun sərnişini olan oğlu Süleyman hərəkətdə olan avtomobildən yıxılıb və arxa təkərin altında qaldığından ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az