Azərbaycanda gizlənən avtoritetin oğlu vətənində qisasla qarşılandı

Azərbaycanda gizlənən avtoritetin oğlu vətənində qisasla qarşılandı
2005-ci ildə Dərbənddə yerli sakin Yarmet Yarəliyevin qətlində ittiham olunan və uzun illər Azərbaycanda gizlənən dağıstanlı kriminal avtoritetin oğlu Şamil Feyzullayev vətəninə qayıdan kimi qisas üçün hədəfə alınıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə "Mash” teleqram kanalının məlumatında bildirilir. Cinayəti törətdikdən sonra əvvəlcə Azərbaycanda, daha sonra isə Fransada gizlənən Şamil 5 il azadlıqda gəzib.
Daha sonra isə həbs edilərək Dağıstana ekstradisiya olunub. Feyzullayev əvvəlcə məhkəmə tərəfindən zaminə buraxılsa da, 5 ay sonra ümumiyyətlə ona bəraət hökmü verilib.
Avqustun 4-də Şamil öz avtomobili ilə gedərkən onu 2 nəfər naməlum şəxs saxlayaraq travmatik tapançadan atəş açıb. Avtoritetin oğlu ciddi xəsarət almayıb və polis bölməsində hücumla bağlı heç bir söz söyləməyib. Yerli sakinlər isə bunun 13 il əvvəl baş vermiş qətllə əlaqəli olduğuna əmindirlər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az