Azərbaycanda idarə rəisinə cinayət işi açılacaq

Azərbaycanda idarə rəisinə cinayət işi açılacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Ağstafa rayonu ərazisində yaşıllıqların məhv edilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, araşdırma zamanı Ağstafa rayonu, Eynallı bələdiyyəsinin mülkiyyətinə məxsus 4 ha torpaq sahəsində qanunsuz suvarma arxının çəkildiyi və münbit torpaq qatının korlandığı, köküstə yaş 3 ədəd söyüd ağacının kəsildiyi aşkar edilib. Təbiətə 4970 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Faktla bağlı rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi İltifat Əliyev barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş  Prokurorluğuna  göndərilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az