Azərbaycanda klub prezidenti və məşqçi həbs olundu

Azərbaycanda klub prezidenti və məşqçi həbs olundu

"Keşlə”in fiziki hazırlıq üzrə məşqçisi Mehman Babayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Sportinfo.az xəbər verir ki, Tərlan Əhmədovun köməkçisi komandanın dünənki məşqindən dərhal sonra bölməyə aparılıb.

Məşqçi, böyük ehtimalla, danışılmış oyunlarla bağlı aparılan araşdırma çərçivəsində saxlanılıb.

Saytın əldə etdiyi digər məlumata görə, "Binə” klubunun prezidenti Teymur Həsənli də saxlanılıb. Onun da adı oyunların nəticəsinin manipulyasında hallanır. Güman olunur ki, Həsənlinin məsələsi "Binə”nin birinci divizionda çıxış etdiyi 2017-2018 mövsümü ilə bağlıdır.

Məlumat üçün deyək ki, həmin mövsümündə komanda aşağı dəstədə 7-ci yeri tutmuşdu. Komandaya o ərəfədə hazırda "Keşlə”də Tərlan Əhmədovun köməkçisi olan Mehman Babayev başçılıq edirdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az