Azərbaycanda məmur oğlu 13 yaşlı qızı şantaj edərək dəfələrlə zorladı - VİDEO

Azərbaycanda məmur oğlu 13 yaşlı qızı şantaj edərək dəfələrlə zorladı - VİDEO
Lerik rayonunda azyaşlının zorlanması ilə bağlı sosial mediada məlumat yayılıb.

Miq.az yenicag.az-a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi Z.O-nun (ad şərtidir) dərs zamanı ürəkbulanması olub. Zəhərlənməsindən şübhələnən valideynləri onu xəstəxaya aparıb və orada dəhşətli nəticə ilə üzləşiblər. 13 yaşlı qızın hamilə olduğu məlum olub. 7-ci sinif şagirdininin verdiyi məlumata görə, onu dəfələrlə şantaj edərək zorlayıblar. Deyilənə görə, həmin şəxsin əmisi vəzifədə olduğu üçün rayon prokurorluğunun əli ilə cinayəti ört-basdır etmək istəyir. Bu hadisə üzə çıxandan sonra oğlan qızı qaçırıb.
Qeyd edək ki, oğlanın 25 yaşı var və orta təhsillidir.
Sosial media istifadəçiləri bununla bağlı Daxili İşlər naziri Ramil Usubov və Baş Prokuror Zakir Qaralova müraciət ünvanlayıblar: "Bu gün sosial şəbəkələrdə yayılan bu biabırçı hadisəni qınayırıq və hüquq mühafizə orqanlarından dərhal bu məsələni araşdırmağa çağırırıq. Əmisi vəzifədə olduğu üçün rayon prokurorluğunun əli ilə cinayəti ört-basdır etmək istəyir. Buna imkan verməyin".
Həmin videonu sizə təqdim edirik:

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az