Azərbaycanda məmurun ailəsində AĞIR İTKİ: 22 yaşlı gənc...

Azərbaycanda məmurun ailəsində AĞIR İTKİ: 22 yaşlı gənc...
İki aylıq körpəsi yetim qaldı.

Bərdə rayonunun Güloğlular kənd inzibati ərazi dairəsinin Qaraqoyunlu kəndində 22 yaşlı qızın intihar etməsinin təfərrüatları məlum olub.
Bu barədə GoldNews.Az-a Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Rüstəmov məlumat verib. O bildirib ki, Qaraqoyunlu kəndində özünü asaraq intihar edən 1996-cı il təvəllüdlü Əhmədova Nailə Şakir qızı ailəli olub və iki ay bundan əvvəl mərhumun övladı dünyaya gəlib:

"Çox sakittəbiətli bir ailənin qızı olub. Həyat yoldaşı da, özü də sakit insan olub. İntiharın səbəbləri bizə də maraqlıdır. Bilmirik, niyə intihar edib. Hazırda biz də burdayıq. Hələ dəfn olunmayıb".
Ə.Rüstəmov bildirib ki, intihar edən 22 yaşlı N.Əhmədova Qaraqoyunlu kənd bələdiyyəsinin sədri Məmmədov Nicat Yusif oğlunun əmisi qızıdır.
Faktla bağlı araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az