Azərbaycanda mikroavtobus "KamAZ"a ÇIRPILDI: XƏSARƏT ALANLAR VAR

Azərbaycanda mikroavtobus
Yevlax rayonunda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.

Miq.az report-
a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 99-JE-959 dövlıət qeydiyyat nişanlı, "Mercedes" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq 21-BD-889 dövlət qeydiyyat nişanlı "KamAZ" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisinin vəziyyətinin yüngül olduğundan hadisə yerində ilkin tibbi yardım göstərilib. Digər bir nəfər sərnişin, Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Həsən Cavid oğlu Ağazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az