Azərbaycanda naməlum şəxslər tərəfi̇ndən qaçırılan 16 yaşlı qızdan ŞOK xəbər : "Hami̇lədi̇r"

Azərbaycanda naməlum şəxslər tərəfi̇ndən qaçırılan 16 yaşlı qızdan ŞOK xəbər :
Bu ilin fevral ayında Bərdə rayonunda yoxa çıxan 16 yaşlı qız onu qaçıran oğlanla ailə həyatı qurub.

Miq.az xəbər verir ki, GoldNews.az-ın əldə etdiyi məlumata görə, bir neçə ay bundan öncə rayonun Lənbərən kənd sakini 2002-ci il təvəllüdlü M.Hacıyeva naməlum şəxs tərəfindən qaçırılıb. Sonrada məlum olub ki, M.Hacıyeva öz sevgilisi tərəfindən qaçırılıb.

Hazırda M.Hacıyevanın onu qaçıran oğlanla ailə həyatı qurduğu bildirilir: "Bir neçə ay qızdan xəbər olmadı. Qızın tərəfindən qaçırılması isə məlum deyildi. Sonradan məlum oldu ki, qız öz sevdiyi oğlana qoşulub qaçıb. Hər şey aydın olandan sonra qızın valideynləri ilə oğlan tərəfi arasında barışıq oldu. Sonra cütlüyə təmtəraqlı toy mərasimi təşkil olundu. Hazırda evlidirlər və xoşbəxt ailə həyatı sürürlər. Xanım hamilədir və yaxın aylarda ana olacağı gözlənilir".
Qeyd edək ki, fevral ayında Lənbəran kənd sakini Sakit Hacıyev (ad, soyad şərtidir) 16 yaşlı qızının naməlum şəxslər tərəfindən oğurlanması ilə barədə Bərdə Rayon Polis Söbəsinə müraciət etmişdi.
Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu bildirib. O, qeyd edib ki, övladı yetkinlik yaşına çatmayıb və məktəblidir.
M.Hacıyevanın atası həmçinin şikayətini qızının zorla qaçırılması ilə əsaslandırıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az