Azərbaycanda QANLI OLAY: Birlikdə yaşadığı kişini anasının gözü qarşısında öldürdü

Azərbaycanda QANLI OLAY: Birlikdə yaşadığı kişini anasının gözü qarşısında öldürdü
Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Miq.az Trend-
ə istinadən xəbər verir ki, hadisə rayonun Xudat şəhərində baş verib.

Şəhər sakini Mirzəyeva Vüsalə Tahir qızı birlikdə yaşadığı Osmanov Maarif Tofiq oğlu və onun anası Osmanova Narxanım İsmayıl qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib.
V.Mirzəyeva mübahisə nəticəsində mətbəx bıçağı ilə M.Osmanova döş qəfəsindən zərbələr endirib.
Hadisə nəticəsində M. Osmanov hadisə yerində ölüb.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və V.Mirzəyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az