Azərbaycanda qazi məktub yazıb, İNTİHAR ETDİ

Azərbaycanda qazi məktub yazıb, İNTİHAR ETDİ

Azərbaycanda qazi intihar edib. 

Miq.Az-ın verdiyi xəbərə görə, hadisə Daşkəsən rayonunun Pirverdilər kəndində baş verib. Kənd sakini, Vətən Müharibəsi iştirakçısı 1990-cı il təvəllüdlü Həsənov Fərman Fərhad oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Onun intihardan öncə ailə üzvlərinə məktubunda "Oğlum və qızım sizi çox sevirəm. Məni bağışlayın” sözlərini yazıb. 

Qeyd edək ki, əsgər F. Həsənov Vətən Müharibəsinə könüllü qatılıb, göstərdiyi şücaətlərə görə "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az