Azərbaycanda toyda dava düşdü – ÖLƏN VAR

Azərbaycanda toyda dava düşdü – ÖLƏN VAR
Şirvan şəhərində toyda qətl törədilib.

Salyan rayon sakini Abışov Azər Yusif oğlu bıçaq zərbəsi ilə qətlə yetirilib. İlkin məlumata əsasən, insident toyda baş verən kütləvi dava zamanı qeydə alınıb. Qətli törədən şəxs hadisə yerindən qaçıb.
Toyda baş verən kütləvi davada bəyin də iştirak etdiyi bildirilir. Dava zamanı əlindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 1976-cı il təvəllüdlü Həsənov Teymur Hüseynqulu oğlu qətli törətməkdə şübhəli bilinsə də, sonradan məlum olub ki, qətli törədən şəxs və davanın digər iştirakçısı hadisə yerindən qaçıb.
Qeyd edək ki, Şirvanda yerləşən şadlıq saraylarından birində qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini araşdırmaqda davam edirlər. Qətldə iştirak edən şəxsin və digərinin saxlanılması istiqamətində əməliyyat istintaq tədbirləri həyata keçirilir.
//apa.az
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az