Azərbaycanda vəzifəli şəxs faciəli şəkildə öldü

Azərbaycanda vəzifəli şəxs faciəli şəkildə öldü

Qusar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Report-un məlumatına görə, hadisə Qusar-Həzrə yolunun 16-cı kilometrliyində rayonun Yasab kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Həzrə kənd sakini, Vəlixan Vəlixanov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı gölə aşırıb.

Nəticədə avtomobilin sürücü V.Vəlixanov suda boğularaq ölüb. Avtomobildə olan daha 3 sərnişin xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, V.Vəlixanov Qusar Rayon İcra Hakimiyyətinin Həzrə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsidir.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az