Azərbaycanda yeni nazir müavini təyin edildi – Sərəncam

Azərbaycanda yeni nazir müavini təyin edildi – Sərəncam
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar nazirinə yeni müavin təyin edilib.

Miq.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə Həbib Məzahir oğlu Novruzov təyin edilib.

V.Talıbovun digər sərəncamı ilə Çapay Qadir oğlu Quliyev Naxçıvan Müəllimlər İnstitutunun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru təyin olunub.

Ali Məclis sədrinin imzaladığı daha bir sərəncamla isə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Cavid Ələşrəf oğlu Məmmədov vəzifəsindən azad edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az