Azərbaycanda yol hərəkətinin məhdudlaşdırılması ilə bağlı YENİLİK qəbul olundu

Azərbaycanda yol hərəkətinin məhdudlaşdırılması ilə bağlı YENİLİK qəbul olundu
Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi ilə bağlı yeni hal müəyyən edilir.

Miq.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənəkənar plenar iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Belə ki, qanunun 12-ci maddəsinə (yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi) əlavə edilən yeni bəndə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.
Dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az